Rusiyanın endirdiyi ağır zərbə nəticəsində ÖLƏNLƏR VƏ YARALANANLAR VAR
Rusiyanın Zaporojye şəhərinə endirdiyi zərbə nəticəsində üç nəfər həlak olub, 40-dan çox insan yaralanıb.
Ajans.az Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinə istinadən xəbər verir ki, iyulun 19-u axşam saatlarında Rusiya qüvvələri şəhərə idarəolunan aviasiya bombası ilə hücum edib. Zərbə nəticəsində yaşayış binası qismən dağılıb.
Hadisə zamanı 71 və 72 yaşlı iki qadın, həmçinin 11 yaşlı qız həlak olub.
Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorovun sözlərinə görə, hücum nəticəsində 41 nəfər yaralanıb.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin son məlumatına əsasən isə, yaralıların sayı 42 nəfərə çatıb. Onlardan səkkizi uşaqdır.
Hadisə yerində axtarış-xilasetmə və dağıntıların aradan qaldırılması işləri davam etdirilir.
Mövzular: