İranda ardıcıl iki güclü ZƏLZƏLƏ
İranın Kirmanşah əyalətində səhər saatlarında 5,2 və 5,7 bal gücündə ardıcıl iki zəlzələ baş verib.
Ajans.az İRNA xəbər agentliyinə xəbər verir ki, yeraltı təkanlar Kirmanşah əyalətinin Quzran rayonunda qeydə alınıb. İkinci zəlzələ birincidən cəmi beş dəqiqə sonra baş verib. Zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar Kirmanşah şəhərində və ətraf yaşayış məntəqələrində də hiss olunub. Təhlükəsizlik məqsədilə çox sayda sakin evlərini və binaları tərk edib.
İlkin məlumata əsasən, hadisə nəticəsində həlak olanlar, xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur.
Mümkün fəsadların qiymətləndirilməsi üçün zəlzələ bölgəsinə xilasetmə və qiymətləndirmə qrupları cəlb edilib.
Mövzular: