Rusiyada zəlzələ BAŞ VERDİ

Dünya
07-03-2025 - 12:46
Krasnodar diyarının Tuapse rayonunda zəlzələ baş verib.
Ajans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsi özünün “Telegram kanalında” məlumat yayıb.
Zəlzələ Novomikhaylovski kəndindən 15 kilometr aralıda qeydə alınıb, maqnitudası 3,9 olub. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
“Əhali tərəfindən heç bir şikayət daxil olmayıb, infrastruktur və həyat təminatı obyektləri normal işləyir”, - nazirlikdən bildirilib.
Şahanə Paşazadə
Vəzifəsi: Müxbir