Azyaşlı qızı məktəbdən qaçıran şəxs saxlanıldı

Goranboyda qaçırılan 9-cu sinif şagirdi ailəsinə verilib.
Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Z.B.-nin yeri müəyyən edilərək ailəsinə təhvil verilib.
Məlumata görə, 31 yaşlı O.Hüseynzadə adlı şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.