Moskvada güclü partlayış oldu

Moskva vilayətinin Puşkino şəhərindəki anbar binasında partlayış baş verib.
Ajans.az xəbər verir ki, bu barədə TASS fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, orada üç nəfər yaralanıb. Şahidlər anbarda olan divar və tavanın bir hissəsinin qismən çökdüyünü qeyd edib.
Rusiya Fövqəladə Hallar Nazirliyi hadisə yerinə 24 mütəxəssis və 7 xüsusi texnikanın göndərib. Xilasedicilər işlərə başlayıb.
Şahanə Paşazadə
Vəzifəsi: Müxbir