Fransa hökumətində koalisiya təzyiqi var - NAZİR

Fransa hökumətində koalisiya təzyiqi var -
Dünya 10-10-2024 - 13:17

Fransanın Baş Naziri Mişel Barnier hökuməti bu gün yeni hökümətin 2025-ci il büdcəsini təqdim edəcək.

Ajans.az xəbər verir ki, sözügedən büdcə planı xərclərin azaldılmasını və vergi artımlarını, sol və sağ partiyalar tərəfindən bəyənilməyən nüansları özündə ehtiva edəcək. Bu da Fransanın zəif mərkəzçi koalisiyasına təzyiqi artıracaq.   

Barnier orta təbəqəni də nəzərə alacağını bildirib. Bundan əlavə o, müvəqqəti əlavə vergisi olan böyük şirkətləri və ildə yarım milyon avrodan çox qazanan insanları hədəf alacaq.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: