Roma Papasının nümayəndəsi Moskvaya getdi
Roma Papası Fransiskin Ukrayna üzrə xüsusi nümayəndəsi kardinal Matteo Zuppi Moskvaya səfərə gəlib.
Ajans.az xəbər verir ki, bu barədə RİA Novosti xəbər verib.
“Səfər Vatikanın Ukraynaya humanitar təşəbbüsü çərçivəsində missiyanı davam etdirir. Zuppi ilə Patriarx Kirilin (Moskva və Bütün Rusiyanın) görüşü mümkündür”, - deyə, agentlik mənbədən sitat gətirib.
Ötən il dekabrın 24-də Zuppi Ukraynada sülhün əldə olunmasında Çinin köməyinə əmin olduğunu bildirib. Papanın nümayəndəsi həmçinin bəyan edib ki, silah sülhə nail olmaq üçün yeganə resurs deyil və Ukrayna münaqişəsi məsələsində vəziyyətin üçüncü tərəfi olan beynəlxalq ictimaiyyətin də iştirak etməlidir.