Qonşu ölkədən yeni QƏRAR: Bundan sonra...

Qonşu ölkədən yeni QƏRAR:
İran
Dünya 06-01-2025 - 11:33

İran Rinologiya Dərnəyinin İdarə Heyətinin üzvü İbrahim Rezmpa bildirib ki, estetik əməliyyatlar üçün yaş həddi qızlar üçün 14, oğlanlar üçün isə 16 yaşa endirilib.

Ajans.az xəbər verir ki, İran Tələbələr Xəbər Agentliyinə (İSNA) danışan Rezmpa mövzu ilə bağlı məlumat verib.

“Elmi baxımdan bu yaş azalıb və qızlar 14, oğlanlar isə 16 yaşından əməliyyat oluna bilər”, - deyə, Rezmpa bildirib.

Daha əvvəl yaş məhdudiyyətinin 18 olduğuna diqqət çəkən Rezmpa, bu baxımdan yaşla yanaşı böyümə, fiziki və psixoloji inkişafın, mənəvi və şəxsi yetkinliyin də təsirli olduğunu bildirib. Estetik əməliyyatlarda nəzərəçarpacaq artım olduğunu deyən Rezmpa ölkədə aparılan plastik əməliyyatların sayı barədə məlumat verməyib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: