Qonşu ölkədə zəlzələ oldu

Qonşu ölkədə zəlzələ
zəlzələ
Dünya 15-12-2024 - 10:02
 220

Rusyanın Kamçatka yarımadasının Kronotsk körfəzində 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.

Ajans.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Kamçatka vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

"Bu gün dekabrın 15-də səhər Kronotsk körfəzinin akvatoriyasında 5,4 maqnitudalı seysmik hadisə baş verib. Zəlzələ ocağı 123 km dərinlikdə, episentri Milkovo kəndindən 135 km şərqdə yerləşib", - məlumatda deyilir.

Yeraltı təkanlar Petropavlovsk-Kamçatka və Vilyuçinsk şəhər dairələrində, həmçinin Yelizovsk rayonunda iki maqnitudada hiss olunub.

Sunami təhlükəsi elan edilməyib.

PAYLAŞ: