Qadın bacısını bir cümləyə görə sildi - ŞOK SƏBƏB

Qadın bacısını bir cümləyə görə sildi -
Bacı
Dünya 12-12-2024 - 09:55

“Fokaifemme” ləqəbli Reddit istifadəçisi ondan bir cümlə eşitdikdən sonra bacısını həyatından sildiyini bildirib.

Ajans.az xəbər verir ki, qadının hekayəsi onlayn müzakirələrə səbəb olub. Bir çox şərhçi onun qohumu ilə ünsiyyətini dayandırmaq qərarını dəstəkləyib.

“Beş il əvvəl qardaşım qızı Niki və onun dostları oğlum Markı təhqir edib ələ saldılar. Mark evə qayıdanda ağladı. Baş verənləri mənə danışanda hər yeri titrəyirdi. Ürək parçalayan idi”, - yazı müəllifi xatırlayır.

O deyib ki, oğlan dəfələrlə bacısının qızı tərəfindən təhqirlərin qurbanı olub.

Qadın bacısına qardaşı qızının davranışını deyəndə cavab verib ki, Niki heç vaxt belə davranmaz. Bir müddət sonra qadın yenidən bacısı ilə qızının davranışı barədə danışmağa çalışıb. Söhbət əsnasında bacı övladını müdafiə etməyə davam edib, sonra “Bilmirəm, bu barədə nə etməyimi istəyirsən” ifadəsini işlədib. Bu sözləri eşidən yazı müəllifi bacısı ilə əlaqə saxlamağı dayandırmaq qərarına gəlib.

İstifadəçi dəqiqləşdirib ki, o, hələ də qohumu ilə əlaqə saxlamır.

“Bacımın üzr istəməsi və ya barışması üçün heç bir cəhdi olmayıb”, - deyə qadın bildirib. Qadın əlavə edib ki, bu yaxınlarda bacısının toyuna dəvət alıb, lakin münaqişə səbəbindən məclisə getməkdən imtina edib.

Əksər istifadəçilər qadının bacısını həyatından silməklə düzgün addım atdığını bildirib. “Görünür, bacınız və onun uşağı dəhşətli insanlardır. Oğlunuzu qorumağınız yaxşıdır!”, “Uşaqlarınızı qorumağa davam edin”, “Mən də belə edərdim”, “Qardaşınız və onun dostları uşağınıza bir daha pislik edərlərsə, lütfən, polisə müraciət edin və onları məsuliyyətə cəlb edin” şərhləri sözügedən posta yazılıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: