Paşinyana cinayət işi açılması TƏLƏB OLUNDU

Paşinyana cinayət işi açılması
Dünya 09-10-2024 - 21:00

“Biz Paşinyana qarşı cinayət işinin başlanmasını tələb edirik”.

Ajans.az xəbər verir ki, Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə arxiyepiskop Baqrat Qalstanyan oktyabrın 9-da Ermənistan Baş Prokurorluğunun binası yaxınlığında keçirilən etiraz aksiyası zamanı bildirib.

“Bir çox cinayətlərdə günahkar olan Ermənistanın baş nazirinə qarşı prosesə başlamaq lazımdır, bu gün biz ölkədə bir qurumun dövlətə xidmət etmədiyini başa düşərək, iki işi Baş Prokurorluğa verməliyik. İkinci tələb isə müstəqillik elanı müddəalarına görə Konstitusiya Məhkəməsinin qərarı ilə əlaqədar cinayət işinin açılmasıdır”, - deyə Qalstanyan qeyd edib.

PAYLAŞ: