Ölüm xəbəri yayılan general SAĞ ÇIXDI!
SEPAH generalı ölüm xəbərlərinə baxmayaraq ictimaiyyət qarşısına çıxıb.
Ajans.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, briqada generalı İsmayıl Qaani ölüm xəbərlərinin əksinə olaraq ictimaiyyət qarşısına çıxıb. Bu barədə İranın dövlət televiziya və radio şirkəti IRIB özünün “Telegram” kanalında yazıb.
Qaaninin bir müddət sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdığı və SEPAH general-mayoru Abbas Nilforousanın cənazəsinin İrana qaytarılması mərasimində iştirak etdiyi bildirilir.