Bu ölkədə dəhşətli zəlzələ: Sunami xəbərdarlığı EDİLDİ
Dünya
Yaponiyanın cənubunda, Kyuşu adası yaxınlığında 7,1 bal gücündə zəlzələ baş verib.
Ajans.azxəbər verir ki, bu barədə Asiya KİV-ləri Yaponiya Meteorologiya Agentliyinə istinadən məlumat yayıb.
Məlumata görə, güclü yeraltı təkanlar çərşənbə axşamı qeydə alınıb.
NHK telekanalının məlumatına əsasən, zəlzələdən dərhal sonra bölgə üçün sunami xəbərdarlığı elan edilib.
Hazırda mümkün dağıntılar və zərərçəkənlər barədə rəsmi məlumat verilməyib. Aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır və əhalini təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırırlar.