Reklam resmi
Reklam resmi

Misirdə yük maşını sürücüsü fəlakətin qarşısını BELƏ ALDI

Misirdə yük maşını sürücüsü fəlakətin qarşısını BELƏ ALDI
Dünya

Misirdə magistral yolda hərəkətdə olan yük maşınının təkərinin partlaması təhlükəli anlara səbəb olub. Nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirsə də, başqa bir yük maşını sürücüsünün çevik müdaxiləsi sayəsində mümkün faciənin qarşısı alınıb.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı təkərin partlamasından sonra yük maşını zolaqda tarazlığını itirərək aşmaq təhlükəsi ilə üzləşib. Bunu görən digər yük maşınının sürücüsü öz nəqliyyat vasitəsini ehtiyatla onun yanına yaxınlaşdıraraq yük maşınına dəstək verib.

Bir müddət yan-yana hərəkət edən yük maşınları nəticəsində sürücü nəqliyyat vasitəsinə yenidən nəzarəti bərpa edib və qəzanın qarşısı alınıb.

Hadisə ərazidə olanların videokamerası ilə qeydə alınıb. Görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və digər sürücülər yük maşını sürücüsünün peşəkarlığını yüksək qiymətləndiriblər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Misir qəza

Digər Xəbərlər