Reklam resmi
Reklam resmi

Media mənsubları İsmayıllıda

Media mənsubları İsmayıllıda
Gündəm

İsmayıllı Rayon İcra Hakimiyyəti bir qrup media nümayəndəsinin iştirakı ilə 22 iyul Milli Mətbuat Günü münasibətilə mediatur təşkil edib. 

Ajans.az xəbər verir ki, media nümayəndələri rayonda görülən abadlıq - quruculuq işləri, turizm və sənaye obyektləri ilə tanış olmaq məqsədilə rayonun Basqal qəsəbəsi, Buynuz, Qalacıq, İvanovka, Hacıhətəmli kəndlərində olublar.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov media nümayəndələrini 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə təbrik edərək ölkəmizdə peşəkar mətbuata, söz və ifadə azadlığına göstərilən dövlət dəstəyindən geniş söhbət açıb.

Media mənsubları onlara göstərilən dövlət qayğısına və respublikanın hər yerində dəqiq, qərəzsiz və operativ informasiyanın əldə olunmasında və cəmiyyətə çatdırılmasında yaradılan işgüzar mühitə görə razılıqlarını ifadə ediblər.

Mövzular:
media tur İsmayıllı İsmayıllı Rayon İcra Hakimiyyəti

Digər Xəbərlər