Reklam resmi
Reklam resmi

Bu ölkənin paytaxtında həyat İFLİC OLDU

Bu ölkənin paytaxtında həyat İFLİC OLDU
Dünya

Qazaxıstanın paytaxtı Astana güclü leysan, dolu, ildırım və güclü küləklə müşayiət olunan əlverişsiz hava şəraiti ilə üzləşib. Cəmi bir neçə dəqiqə ərzində şəhərin əsas küçə və prospektləri su altında qalıb.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, güclü yağış nəticəsində magistral yollar selə çevrilib, avtomobillərin hərəkəti çətinləşib. Bəzi ərazilərdə suyun səviyyəsi o qədər yüksəlib ki, nəqliyyat vasitələri demək olar ki, tamamilə suyun altında qalıb.

Ən çətin vəziyyət Momışulu və Tauelsizlik prospektlərində qeydə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə sürücülərin dərin su yığıntılarından keçməkdə çətinlik çəkdiyi, bəzilərinin isə mühərrikə zərər dəyməməsi üçün avtomobillərini saxladığı görünür.

Leysan ictimai nəqliyyatın fəaliyyətinə də təsir edib. Avtobusların salonlarına su dolduğu, həmçinin tikintisi davam edən yüngül relsli nəqliyyat (LRT) stansiyalarından birinin tavanından su axdığı bildirilir.

Şəhər administrasiyası kommunal xidmətlərin gücləndirilmiş iş rejiminə keçirildiyini və fəsadların aradan qaldırılması istiqamətində tədbirlərin davam etdiyini açıqlayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Qazaxıstan Astana

Digər Xəbərlər