Maşınına minmək istəyən kişi ayı ailəsi ilə qarşılaşdı
Türkiyənin Rize şəhərində, maşınına minmək istəyən kişi gözlənilmədən ayı və balaları ilə üz-üzə gəlib. Təhlükəni vaxtında hiss edən şəxs hadisə yerindən qaçaraq xilas olmağı bacarıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə anı müşahidə kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə kişinin avtomobilinə yaxınlaşdığı anda ayı ailəsini gördüyü və dərhal geri qaçaraq təhlükədən uzaqlaşdığı əks olunub.
Mövzular: