Bu ölkədə milli fövqəladə vəziyyət ELAN EDİLDİ
İspaniya hakimiyyəti Madrid İcması və Kastiliya və Leon muxtar icmasının Avila əyalətində baş verən meşə yanğınları səbəbindən milli fövqəladə vəziyyət elan edib.
Ajans.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, Madrid və Avila bölgələrində alovun sürətlə yayılması səbəbindən milli fövqəladə vəziyyət rejimi tətbiq olunub.
Rəsmi məlumata görə, yanğınların genişlənməsi nəticəsində 10 mindən çox sakin təhlükəsizlik məqsədilə təxliyə edilib.
Madrid İcmasının təcili yardım xidməti bildirib ki, yanğınlar hələ də nəzarət altına alınmayıb və söndürmə işləri davam etdirilir.
Səlahiyyətli qurumlar həmçinin xəbərdarlıq ediblər ki, ölkənin əksər bölgələrində yanğın təhlükəsi yüksək olaraq qalır.
Mövzular: