Reklam resmi
Reklam resmi

Bu ölkədə yüzə yaxın körpənin qalıqları tapıldı

Bu ölkədə yüzə yaxın körpənin qalıqları tapıldı
Dünya

İrlandiyanın Qoluey qraflığının Tuam şəhərində yerləşən keçmiş ana və uşaq sığınacağında aparılan qazıntılar zamanı indiyədək təxminən 100 körpənin qalıqları aşkar edilib.

Ajans.az xəbər verir ki, bu barədə The Journal.ie nəşri Səlahiyyətli Müdaxilə Direktoru Ofisinə (ODAIT) istinadən məlumat yayıb.

Məlumata görə, son tapıntılar nəticəsində daha 22 körpənin qalıqları aşkarlanıb. Beləliklə, ötən il müəyyən edilmiş 77 qalıqla birlikdə ümumi say təxminən 100-ə çatıb.

Qeyd olunub ki, ərazidə qazıntılar davam edir. Arxeoloqlar və digər mütəxəssislər 2025-ci il iyulun 14-dən etibarən keçmiş sığınacağın xatirə bağı ətrafında genişmiqyaslı araşdırmalara başlayıblar.

Hazırda tapılan qalıqların identifikasiyası və hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
İrlandiya körpə

Digər Xəbərlər