Reklam resmi
Reklam resmi

Ermənistan Prezidenti xəstəxanaya YERLƏŞDİRİLDİ

Ermənistan Prezidenti xəstəxanaya YERLƏŞDİRİLDİ
Dünya

Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın səhhətində yaranan problem səbəbindən infarktöncəsi vəziyyətdə tibb müəssisəsinə yerləşdirildiyi bildirilir.

Ajans.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, prezidentin səhhəti qəfil pisləşdiyi üçün o, tibb mərkəzinə aparılıb.

Məlumata əsasən, Vaaqn Xaçaturyan xəstəxanada lazımi tibbi müayinələrdən keçib və göstərilən tibbi yardımdan sonra evə buraxılıb.

Tibb mərkəzinin mətbuat xidməti isə Sputnik Armenia-ya açıqlamasında prezidentin planlı tibbi müayinədən keçdiyini və səhhəti ilə bağlı zəruri müalicə aldığını bildirib.

Prezident Administrasiyası hadisə ilə bağlı əlavə açıqlama verməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ermənistan Vaaqn Xaçaturyan

Digər Xəbərlər