Reklam resmi
Reklam resmi

Sahibkarların ən böyük PROBLEMİ NƏDİR?

Sahibkarların ən böyük PROBLEMİ NƏDİR?
İqtisadiyyat

Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün dövlət tərəfindən müxtəlif dəstək mexanizmləri tətbiq edilsə də, bu sahədə mövcud problemlər tam aradan qalxmayıb.

Mövzu ilə bağlı Ajans.az-a danışan iqtisadçı Pərviz Heydərov bildirib ki, kiçik və orta biznesin inkişafı üçün hökumət tərəfindən mühüm addımlar atılıb, lakin sahibkarların qarşılaşdığı əngəllər hələ də qalmaqdadır.

Onun sözlərinə görə, mikro sahibkarlıq subyektləri üçün gəlir və mənfəət vergisində 75 faiz güzəşt tətbiq edilir, sadələşdirilmiş vergi ödəyiciləri dövriyyədən cəmi 2 faiz vergi ödəyirlər. Bundan başqa, mikro sahibkarlar balanslarında olan əmlaka görə əmlak vergisindən də tam azaddırlar. KOBİA tərəfindən də müxtəlif dəstək mexanizmləri həyata keçirilir.

Ekspert qeyd edib ki, bütün bu təşviqlərə baxmayaraq, Azərbaycanda kiçik və orta sahibkarlığın iqtisadiyyatda payı inkişaf etmiş ölkələrlə müqayisədə xeyli aşağıdır:

“İnkişaf etmiş ölkələrdə kiçik və orta sahibkarlıq iqtisadiyyatın onurğa sütununu təşkil edir və ÜDM-in yarıdan çoxunu formalaşdırır. Azərbaycanda isə onların ÜDM-də payı təxminən 10-15 faiz civarındadır.”

Pərviz Heydərovun sözlərinə görə, sahibkarlığın inkişafına mane olan amillər təkcə maliyyə resurslarına çıxış, vergi yükü və ya yüksək faizli kreditlərlə məhdudlaşmır.

“Kommersiya mübahisələsi zamanı məhkəmələrdə obyektivliyin tam qorunmaması, qeyri-rəsmi inhisarçılıq, rəqabət mühitinin zəif olması və satış problemləri də sahibkarların fəaliyyətinə ciddi maneələr yaradır.”

İqtisadçı hesab edir ki, sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün ilk növbədə bu problemlər aradan qaldırılmalı, eyni zamanda vergi sistemi daha sadə və sahibkarlar üçün daha əlverişli olmalıdır.

Mələksəda Ziyad

Mövzular:
Sahibkar Kiçik və orta sahibkarlıq ÜDM

Digər Xəbərlər