ABŞ sentyabrda hökumətin bağlanması ilə üzləşə bilər
ABŞ Prezidenti Donald Tramp sentyabr ayında federal hökumətin fəaliyyətinin qismən dayandırılması ehtimalının olduğunu bildirib.
Ajajns.az xəbər veirr ki, bu barədə Tramp açıqlamasında qeyd edib.
"Sentyabr ayında hökumətin bağlanması baş verə bilər"
Qeyd edək ki, ABŞ-da federal hökumətin sonuncu qismən fəaliyyətsizliyi maliyyələşdirmə ilə bağlı yaranmış böhran nəticəsində baş vermişdi. Maliyyə vəsaitinin ayrılması ilə bağlı razılıq əldə olunmadığı üçün bəzi federal qurumlar fəaliyyətini müvəqqəti məhdudlaşdırmışdı.
Həmin vəziyyət ABŞ Prezidenti Donald Trampın Vətən Təhlükəsizliyi Departamentinin (DHS) maliyyələşdirilməsi haqqında qanunu imzalamasından sonra aradan qalxmışdı.
Federal hökumətin bağlanması ABŞ Konqresi tərəfindən dövlət xərclərinin maliyyələşdirilməsi ilə bağlı qanun layihələrinin vaxtında qəbul edilmədiyi hallarda baş verir. Bu zaman bir sıra dövlət qurumlarının fəaliyyəti qismən dayandırılır, yüz minlərlə dövlət qulluqçusu isə məcburi məzuniyyətə göndərilir və ya əməkhaqqı olmadan işləməli olur.