Reklam resmi
Reklam resmi

Daha bir dəhşətli virus: ÖLƏNLƏR VAR

Daha bir dəhşətli virus: ÖLƏNLƏR VAR
Dünya

Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında yayılan vəba epidemiyası nəticəsində azı 198 nəfər həyatını itirib.

Ajans.az Premium Times nəşrinə istinadən xəbər verir ki, ölkədə vəba şübhəsi ilə qeydə alınan yoluxma hallarının sayı 35 500-ü ötüb.

Epidemiya may ayının əvvəlində başlayıb. MSF-in məlumatına əsasən, iyulun 12-dək 24 mindən çox şəxs vəba şübhəsi ilə tibbi yardım üçün müraciət edib. Onların dörddə birindən çoxu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda təşkilat xəstələrin müalicəsi üçün iki ixtisaslaşmış vəba müalicə mərkəzi, beş xüsusi bölmə və 17 oral rehidratasiya məntəqəsi fəaliyyət göstərir.

MSF bildirib ki, yoluxma sürəti görülən tədbirlərin imkanlarını üstələyir. Təşkilat epidemiyanın əsas səbəbləri kimi təhlükəsiz içməli su çatışmazlığını, sanitariya şəraitinin zəifliyini və səhiyyə xidmətlərinə məhdud çıxışı göstərib.

Xatırladaq ki, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) iyunun ortalarında Borno ştatında 90 ölüm və 12 mindən çox yoluxma halı qeydə alındığını açıqlamışdı. İyulun əvvəlində isə yerli hakimiyyət orqanları MSF-in dəstəyi ilə 2,6 milyondan çox insanın əhatə olunduğu kütləvi vəba əleyhinə peyvənd kampaniyası həyata keçirib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Nigeriya vəba epidemiyası

Digər Xəbərlər