Bu şəxslərin işi ilə bağlı YENİLİK OLACAQ- NAZİR QƏRAR İMZALADI
Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi qaydalarında dəyişiklik edilib.
Ajans.az-ın məlumatına görə, bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq qərar imzalayıb.
Hazırda qüvvədə olan qanunvericiliyə görə, həkim-mütəxəssislərin təyinatı tərkibi Səhiyyə Nazirliyinin əmri ilə təsdiq olunan “Rezidenturanı bitirən həkim-mütəxəssislərin təyinatı üzrə Komissiya” tərəfindən həyata keçirilir.
Dəyişikliyə əsasən, Komissiya həkim-mütəxəssislərin təyinatı haqqında qərarı onların ailə vəzifələrini də nəzərə almaqla qəbul edəcək.
Daha əvvəl Komissiya həkim-mütəxəssislərin təyinatı haqqında qərarı onların ailə vəziyyəti, daimi yaşayış yeri və onların işə yönəldilməsi barədə klinik bazanın tövsiyəsini nəzərə almaqla qəbul edirdi.
Mövzular: