Reklam resmi
Reklam resmi

Melaniya Tramp jurnalistin cəzalandırılmasını TƏLƏB EDİR

Melaniya Tramp jurnalistin cəzalandırılmasını TƏLƏB EDİR
Dünya

ABŞ-nin birinci xanımı Melaniya Tramp jurnalist və yazıçı Maykl Volfa qarşı federal məhkəmədə yeni iddia qaldıraraq, onun cəzalandırılmasını və çəkdiyi hüquqi xərclərin ödənilməsini tələb edib.

Ajans.az xəbər verir ki, Melaniya Trampın vəkilləri Nyu-Yorkun Cənub Dairəsi Federal Məhkəməsinə təqdim etdikləri 26 səhifəlik vəsatətdə Volfun məhkəmə prosesindən sui-istifadə etdiyini bildiriblər. Onlar jurnalistin Birinci xanımın üzərinə açılan 1 milyard dollarlıq böhtan iddiasından yayınmaq məqsədilə qabaqlayıcı məhkəmə iddiası qaldırdığını iddia edirlər.

Mübahisə Melaniya Trampın vəkili Alejandro Britonun Maykl Volfa rəsmi məktub göndərərək, onu Birinci xanımı məhkum olunmuş seks alverçisi Ceffri Epşteynlə əlaqələndirən açıqlamalarını geri götürməyə çağırmasından sonra başlayıb. Məktubda əks halda jurnalistə qarşı 1 milyard dollarlıq böhtan iddiası qaldırılacağı bildirilib.

Lakin Volf açıqlamalarını geri götürmək əvəzinə, ötən ilin oktyabrında məhkəməyə müraciət edərək gələcəkdə mümkün iddiaya qarşı hüquqi təminat almağa çalışıb.

Melaniya Trampın vəkilləri bildiriblər ki, jurnalist bu məhkəmə prosesindən öz media platformalarında təbliğat aparmaq və maliyyə toplamaq məqsədilə istifadə edib.

Bu ilin may ayında Manhetten Federal Məhkəməsinin hakimi Meri Key Vıskosil Maykl Volfun iddiasını tamamilə rədd edib. Hakim qərarında qeyd edib ki, federal məhkəmələr gələcəkdə qaldırıla biləcək hipotetik iddialar üzrə əvvəlcədən qərar vermir.

Hazırda Melaniya Trampın hüquq müdafiəçiləri məhkəmədən Maykl Volf və onun vəkillərinə qarşı sanksiyaların tətbiq edilməsini, həmçinin Birinci xanımın çəkdiyi bütün hüquqi xərclərin qarşı tərəf tərəfindən ödənilməsini tələb edirlər.

Melaniya Tramp Ceffri Epşteynlə hər hansı əlaqəsinin olması barədə iddiaları qətiyyətlə rədd edir. Daha əvvəl oxşar məzmunlu materialla bağlı Daily Beast nəşri Birinci xanımdan rəsmi üzr istəyərək təkzib yayımlamışdı.

author picture
Leyla Bayandurlu
Mövzular:
Melaniya Tramp ABŞ

Digər Xəbərlər