Rusiya bu məntəqələri İŞĞAL ETDİ
Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yerləşən Artelne və Zaporojye vilayətindəki Blaqodatne yaşayış məntəqələrini nəzarətə götürdüyünü açıqlayıb.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, Rusiya Silahlı Qüvvələri hərbi əməliyyatlar zamanı Xarkov vilayətinin Artelne və Zaporojye vilayətinin Blaqodatne yaşayış məntəqələri üzərində nəzarəti ələ keçirib.
Mövzular: