Rusiya üzərində 242 PUA vuruldu
Rusiya hava hücumundan müdafiə qüvvələri ötən gecə Ukraynaya məxsus 242 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya%20M%C3%BCdafi%C9%99%20Nazirliyi" target="_blank">Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, PUA-lar Belqorod, Bryansk, Kursk, Leninqrad, Moskva vilayəti, Krasnodar və Stavropol diyarları, Krım, eləcə də Azov və Qara dəniz üzərində vurulub.
Bildirilib ki, gecə saatlarında dronlar Stavropol diyarının Nevinnomıssk şəhərində və Krasnodarda "Wildberries" şirkətinin anbarlarını da hədəf alıb. Nevinnomısskda 5, Krasnodarda isə 10 nəfər xəsarət alıb, Armavirdə bir nəfərin həlak olub.
Mövzular: