Reklam resmi
Reklam resmi

İranda qanlı məktəb faciəsi: Həlak olan uşaqlar dəfn edildi

İranda qanlı məktəb faciəsi: Həlak olan uşaqlar dəfn edildi
Dünya

İranda Minab şəhərində yerləşən Şəcərə-e Təyyəbə Qızlar İbtidai Məktəbinə endirilən raket zərbəsi nəticəsində həlak olan məktəblilər üçün dəfn mərasimi keçirilib.

Ajans.az xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, mərasimdə raket hücumu zamanı həyatını itirən şagirdlərin cənazələri torpağa tapşırılıb.

Qeyd edək ki, məktəbə raket zərbəsi 28 fevral 2026-cı ildə ABŞ və İsrailin birgə hərbi əməliyyatının ilk günündə endirilib.

İranın rəsmi məlumatına əsasən, hücum nəticəsində 170-dən çox insan həlak olub. Bildirilir ki, qurbanların böyük əksəriyyətini məktəbin şagirdləri təşkil edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
İran məktəb

Digər Xəbərlər