Reklam resmi
Reklam resmi

Rusiya vətəndaşlığı üçün 80 yaşlı qadınlarla nikaha son qoyuldu

Rusiya vətəndaşlığı üçün 80 yaşlı qadınlarla nikaha son qoyuldu
Dünya

Rusiya Dövlət Duması miqrasiya qanunvericiliyinə dəyişikliklər edərək saxta nikahlar vasitəsilə ölkə vətəndaşlığının əldə olunmasına qarşı nəzarəti gücləndirib.

Ajans.az xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.

Onun sözlərinə görə, qəbul edilən dəyişikliklər uzun illər mövcud olan hüquqi boşluqları aradan qaldırır. Volodin bildirib ki, bəzi miqrantlar Rusiya vətəndaşlığı almaq məqsədilə yaşı 80-dən yuxarı olan qadınlarla formal nikaha daxil olurdular. Yeni qanun bu kimi halların qarşısını almağa yönəlib.

Qanun layihəsi ikinci və üçüncü oxunuşlarda qəbul olunaraq hökumətin miqrasiya siyasətinin sərtləşdirilməsi paketinə daxil edilib.

Dəyişikliklərə əsasən, silinməmiş və ya ödənilməmiş məhkumluğu olan əcnəbilərə Rusiya vətəndaşlığı, müvəqqəti yaşamaq icazəsi və daimi yaşayış icazəsi verilməyəcək. Əgər bu statuslar artıq təqdim edilibsə və sonradan şəxsin məhkumluğu müəyyən olunarsa, həmin sənədlər ləğv ediləcək. Bu qayda tanınmış qaçqınlara və siyasi sığınacaq almış şəxslərə şamil olunmayacaq.

Bundan başqa, miqrantlar vətəndaşlıq və ya yaşayış icazəsi üçün müraciət edərkən yaşadıqları ölkədən cinayət məsuliyyətinə cəlb olunub-olunmamaları barədə, müraciətdən ən çox üç ay əvvəl verilmiş rəsmi arayış təqdim etməli olacaqlar. Bir neçə ölkənin vətəndaşlığı və ya yaşayış icazəsi olan şəxslər isə hər bir ölkədən ayrıca arayış təqdim etməlidirlər.

Yeni tələblər 14 yaşadək uşaqlara, qaçqınlara, siyasi sığınacaq almış şəxslərə və Rusiya Silahlı Qüvvələrində müqavilə əsasında xidmət edən əcnəbilərə şamil edilməyəcək.

Qanun Prezident tərəfindən imzalandıqdan 180 gün sonra qüvvəyə minəcək. Bu müddətədək təqdim edilmiş müraciətlərə əvvəlki qaydalar əsasında baxılacaq.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Rusiya Dövlət Duması

Digər Xəbərlər