Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanılıb
Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanılıb.
Ajans.az xəbər verir ki, bununla bağlı DİN-dən məlumat verilib. Paytaxtın Xətai rayonu ərazisində zərərçəkənə məxsus "Subaru" markalı avtomobil oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən A.Həsənov Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən saxlanılıb. Araşdırmalarla şübhəli şəxsin müştərinin avtoyuma məntəqəsinə təhvil verdiyi avtomobili qanunsuz olaraq götürərək hadisə yerindən uzaqlaşdığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: