Türkiyədə AĞIR QƏZA: Onlarla yaralı var
Türkiyənin Kütahya–Afyonkarahisar avtomobil yolunda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki,avtobus idarəetmədən çıxaraq yol maneəsinə çırpılıb və daha sonra aşıb.
Qəza nəticəsində 31 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıların hamısı hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Qəza səbəbindən Afyonkarahisar istiqamətində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Hadisənin başvermə səbəbi araşdırılır.
Mövzular: