Reklam resmi
Reklam resmi

Məzunlara elektron diplomların verilməsinə başlanıldı

Məzunlara elektron diplomların verilməsinə başlanıldı
Cəmiyyət

Ali təhsil pilləsində məzunlara elektron diplomların verilməsinə başlanılıb.

Bu barədə Ajans.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi "Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydaları"na əsasən, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) başa vuran şəxslərə müvafiq təhsil haqqında dövlət sənədi "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"ndə (TMİS) elektron sənəd formasında yaradılaraq təqdim edilir.

Qaydaların tələblərinə uyğun olaraq artıq Bakı Dövlət Universitetinin məzunlarına elektron diplomların verilməsinə başlanılıb. Elektron diplomlar növbəti günlərdə "mygov" rəqəmsal hökumət platformasında və Elm və Təhsil Nazirliyinin rəsmi edu.gov.az internet səhifəsində məzunlar üçün əlçatan olacaq.

Hazırda digər ali təhsil müəssisələrində də elektron diplomların verilməsi prosesi davam etdirilir.

Mövzular:
diplom tələbələr Universitet Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi

Digər Xəbərlər