Reklam resmi
Reklam resmi

Epşteynin şübhəli əlbiri ÖLÜ TAPILDI

Epşteynin şübhəli əlbiri ÖLÜ TAPILDI
Dünya

Amerikalı maliyyəçi Ceffri Epşteynin cinsi istismar şəbəkəsi ilə əlaqədə şübhəli bilinən Daniel Siad Fransada ölü tapılıb.

Ajans.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Məlumata görə, keçmiş model agenti və fotoqraf kimi tanınan Daniel Siad yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. O, Ceffri Epşteyn üçün qadınların cəlb edilməsində iştirak etməkdə şübhəli bilinirdi.

Hadisə ilə bağlı Fransa hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Daniel Siadın ölüm səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Ceffri Epşteyn yetkinlik yaşına çatmayanların cinsi istismarı və insan alveri ilə bağlı qalmaqallı işin əsas fiqurlarından biri olub. O, 2019-cu ildə ABŞ-da saxlanıldıqdan sonra həbsxanada ölü tapılmışdı. Rəsmi versiyaya görə, Epşteyn intihar edib, lakin onun ölümü ətrafında mübahisələr bu gün də davam edir.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Ceffri Epşteyn

Digər Xəbərlər