ABŞ-də robot müəllim dərs keçəcək
ABŞ-də ilk dəfə humanoid robot məktəbdə dərs prosesinə cəlb olunacaq. Sally adlı robot 1 sentyabrdan etibarən Nyu-York ştatının Salamanka şəhərində yerləşən məktəblərdən birində müəllimlərə və şagirdlərə kömək edəcək.
Ajans.az xəbər verir ki, robot Woz Ed təhsil proqramı çərçivəsində, Apple şirkətinin həmtəsisçisi Stiv Voznyakın dəstəyi ilə həyata keçirilən layihənin bir hissəsidir. Sally 11 və 12-ci sinif şagirdlərinə proqramlaşdırma, robototexnika və süni intellekt üzrə dərslərdə dəstək göstərəcək.
Mövzular: