Bu ölkədə zavodda dəhşətli yanğın: ÖLƏNLƏR VAR
Şri-Lankanın Qərb əyalətində təhlükəsizlik dəbilqələri istehsal edən zavodda baş verən güclü yanğın nəticəsində azı 5 nəfər həlak olub.
Ajans.az xəbər verir ki, bu barədə Daily Mirror qəzeti məlumat yayıb.
Məlumata görə, yanğın paytaxt Kolombodan təxminən 24 kilometr cənub-şərqdə, Homaqama şəhərində yerləşən sənaye zonasında qeydə alınıb.
Hadisə zamanı zavod binasında 80-dən çox işçi olub. Yanğının söndürülməsinə 10-a yaxın yanğınsöndürmə briqadası cəlb edilib və alovun yayılmasının qarşısı alınıb.
Hazırda xilasetmə qrupları binada axtarış əməliyyatlarını davam etdirir. Rəsmilər dağıntılar altında insanların qala biləcəyini istisna etmirlər.
Yanğının başvermə səbəbi araşdırılır.
Mövzular: