Reklam resmi
Reklam resmi

Dünyada İLK: Ebola ştammına qarşı peyvənd sınaqları başlayır

Dünyada İLK: Ebola ştammına qarşı peyvənd sınaqları başlayır
Dünya

Oksford Universitetinin alimləri Bundibugyo Ebola virusu ştammına qarşı hazırlanmış dünyada ilk peyvəndin klinik sınaqlarına başlayırlar.

Ajans.az xəbər verir ki, bu barədə Euronews məlumat yayıb.

Məlumata görə, peyvəndin hazırlanması Konqo Demokratik Respublikası və Uqandada davam edən Bundibugyo Ebola epidemiyası fonunda həyata keçirilir.

Klinik sınaqların I mərhələsində peyvəndin təhlükəsizliyi və 18-55 yaş arası 50 sağlam könüllüdə yaratdığı immun reaksiyası qiymətləndiriləcək.

Epidemik Hazırlıq İnnovasiyaları Koalisiyasının (CEPI) nümayəndəsi Nikol Louri bildirib ki, təhlükəsiz və effektiv peyvəndin hazırlanması istiqamətində atılan hər addım həssas icmaların qorunmasına, insanların həyatının xilas edilməsinə və epidemiyanın nəzarət altına alınmasına kömək edəcək. O, Oksford Universitetinin layihəsini epidemiyaya qarşı mübarizədə mühüm mərhələ adlandırıb.

Hazırda Oksford Universiteti tədqiqat üçün könüllülərin qeydiyyatını davam etdirir. Tənzimləyici qurumların yekun təsdiqindən sonra yaxın həftələrdə iştirakçılara peyvənd vurulacaq və onlar sonrakı tibbi müayinələrdə iştirak edəcəklər.

Bundan əlavə, Uqandada da əlavə klinik sınaqların keçirilməsi planlaşdırılır. Layihə tənzimləyici orqanların razılığından sonra Uqanda Virus Tədqiqatları İnstitutuLondon Gigiyena və Tropik Tibb Məktəbinin Uqanda bölməsi tərəfindən həyata keçiriləcək.

Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin rəhbəri Jan Kaseya bildirib ki, erkən mərhələli klinik sınaqlar epidemiya ilə mübarizədə dərhal nəticə verməsə də, gələcəkdə bu cür təhlükəli xəstəliklərə qarşı effektiv vasitələrin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Bundibugyo Ebola virusunun Konqo və Uqandada yayılması son illərin ən iri epidemiyalarından biri hesab olunur.

11 iyul tarixinə olan məlumata görə, Konqo Demokratik Respublikasında 1926 yoluxma, 702 ölüm faktı qeydə alınıb. 12 iyulda isə Uqanda hakimiyyəti, o cümlədən 2 ölüm hadisəsi olmaqla 20 təsdiqlənmiş yoluxma barədə məlumat yayıb.

Konqo Səhiyyə Nazirliyinin məlumatına əsasən, paytaxt Kinşasa da daxil olmaqla 10 əyalət hazırda yüksək epidemioloji risk zonası hesab olunur.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ebola virus

Digər Xəbərlər