Reklam resmi
Reklam resmi

Putin Çinə səfər edəcək

Putin Çinə səfər edəcək
Dünya

Rusiya Prezidenti Vladimir Putin Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək.

Ajans.az xəbər verir ki, bu barədə TASS agentliyinin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdiyev bildirib.

Diplomatın sözlərinə görə, APEC sammiti 18-19 noyabr tarixlərində Şençjen şəhərində keçiriləcək.

"Prezident Vladimir Putin Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək", – deyə Berdiyev vurğulayıb.

O qeyd edib ki, Rusiya liderinin sammitdə iştirakı Moskvanın Asiya-Sakit Okean regionu ölkələri, xüsusilə də Çin ilə iqtisadi əməkdaşlığın inkişafına verdiyi önəmi nümayiş etdirir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Çin Vladimir Putin

Digər Xəbərlər