FİFA Paredeslə bağlı qərarını dəyişdi
FİFA Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes barədə qəbul etdiyi meydandan kənarlaşdırma qərarını ləğv edib.
Ajans.az xəbər verir ki, 2026-cı il Dünya Kubokunun finalında İspaniyaya qarşı keçirilən oyundan (0:1) sonra baş verən insidentə görə futbolçuya qarşı heç bir intizam tədbiri tətbiq edilməyəcək.
Xatırladaq ki, Argentina – İspaniya final görüşünün başa çatmasının ardından meydanda kütləvi mübahisə yaşanmışdı. Hadisə argentinalı müdafiəçi Nahuel Molinanın İspaniya millisinin kapitanı Rodrinin (Rodriqo Ernandes Kaskante) sinəsinə yumruq vurması ilə başlamışdı.
Mübahisəyə daha sonra digər futbolçular da qoşulmuşdu. Leandro Paredes əvvəlcə İspaniya yığmasının müdafiəçisi Erik Qarsiyanı boğaz nahiyəsindən tutmuş, daha sonra isə komanda yoldaşını müdafiə etməyə çalışan yarımmüdafiəçi Qaviyə (Pablo Martin Paes Qavira) hücum etmişdi.
Buna baxmayaraq, FİFA son qərarında Paredesə qarşı hər hansı intizam sanksiyasının tətbiq olunmayacağını açıqlayıb.