Reklam resmi
Reklam resmi

“Qış Parkı” yeraltı parklanma ərazisi “Parkzone” sistemi ilə tam şəkildə avtomatlaşdırıldı

“Qış Parkı” yeraltı parklanma ərazisi “Parkzone” sistemi ilə tam şəkildə avtomatlaşdırıldı
Cəmiyyət

“Parkzone” tərəfindən “Qış Parkı” ərazisində müasir parklanma sisteminə keçid etmək üçün aparılan təmir və quraşdırma işləri uğurla başa çatdı.

Ajans.az xəbər verir ki, nömrə tanıma əsaslı, avtomatlaşdırılmış sürətli keçid texnologiyası və onlayn ödəniş imkanları ilə “Qış Parkıyeraltı parklanma ərazisində sürətli və rahat şəkildə parklanma etmək mümkündür.

Artıq terminal önündə gözləmədən, avtomatik açılan şlaqbaumlar vasitəsilə parklanma ərazisinə təmassız giriş və çıxış, “AzParking” mobil tətbiqi ilə sürətli ödəniş imkanı əldə edəcəksiniz.

Parklanma ödənişlərini “AzParking” mobil tətbiqində “Digər parkinqlər” bölməsinə daxil olub, parklanma etdiyiniz ərazini seçərək qısa zamanda ödəyə bilərsiniz.

Onu da nəzərinizə çatdıraq ki, “Qış Parkı” parklanma ərazisi çoxsaylı avtomobil tutumu ilə ölkədə ən böyük yeraltı parklanma məntəqəsidir.

Bu müddət ərzində göstərdiyiniz səbir və anlayış üçün dərin təşəkkürümüzü bildiririk.

Mövzular:
Qış Parkı yeraltı parklanma ərazisi Parkzone

Digər Xəbərlər