Tramp: Messi və Ronaldo ilə yerimi dəyişərdim
ABŞ Prezidenti Donald Tramp futbol ulduzları Lionel Messi və Kriştiano Ronaldo ilə yerini dəyişməyə hazır olduğunu bildirib.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, Tramp argentinalı Messi və portuqaliyalı Ronaldonu bütün zamanların ən böyük futbolçuları adlandırıb.
“Mən həmişə Ronaldo və Messini bəyənmişəm. Düşünürəm ki, onların çox yaxşı həyatı var. Onların həyatı mənimkindən daha asandır. Bir ay ərzində məmnuniyyətlə onlarla yerlərimi dəyişərdim”, – deyə ABŞ prezidenti bildirib.
Mövzular: