Reklam resmi
Reklam resmi

Bu ölkə 15 yaşdan kiçiklər üçün sosial şəbəkələri qadağan edir

Bu ölkə 15 yaşdan kiçiklər üçün sosial şəbəkələri qadağan edir
Dünya

Fransa parlamenti 15 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanunun yekun təsdiqinə hazırlaşır.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki,parlamentin razılaşdırma komitəsi qanun layihəsinin yekun mətnini təsdiqləyib və bununla da sənədin son səsverməsinə yol açılıb. Qanun qəbul edilərsə, Fransa bu cür məhdudiyyəti milli səviyyədə tətbiq edən Avropa İttifaqının ilk ölkəsi olacaq.

Yeni qanuna əsasən, 15 yaşdan kiçik şəxslərə sosial şəbəkələrdə hesab açmaq qadağan ediləcək, platformalar isə həmin yaş qrupuna aid mövcud hesabları bloklamağa məcbur olacaqlar.

Qeydiyyatla bağlı qadağanın 1 sentyabrdan, mövcud hesabların deaktiv edilməsinin isə 2027-ci ilin yanvarından qüvvəyə minməsi nəzərdə tutulur. Məhdudiyyətlər təhsil platformalarına və onlayn ensiklopediyalara şamil olunmayacaq.

Fransa Prezidenti Emmanuel Makron bu təşəbbüsü ikinci prezidentlik dövrünün əsas prioritetlərindən biri kimi təqdim edib və qanunun yeni tədris ili başlamazdan əvvəl qüvvəyə minəcəyini bildirib.

Sənədə həmçinin məktəblərdə mobil telefonlardan istifadənin qadağan olunmasını nəzərdə tutan müddəalar da daxil edilib.

Parlamentdə müzakirələr zamanı ayrı-ayrı platformalara fərqli yanaşmalar təklif olunsa da, yekun variantda ən sərt model qəbul edilib və qadağa bütün sosial şəbəkələrə şamil olunub.

Son dövrlər Avropada azyaşlıların internet məkanında təhlükəsizliyinin təmin olunması ilə bağlı müzakirələr intensivləşib. Fransa, Yunanıstan və İspaniya daha əvvəl Avropa İttifaqını uşaqların sosial şəbəkələrə çıxışı ilə bağlı vahid ümumavropa qaydalarının hazırlanmasına çağırmışdı. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də ötən həftə uşaqların bu platformalara çıxışının yaş meyarları nəzərə alınmaqla tənzimlənməsinin vacibliyini vurğulayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Fransa sosial şəbəkələr

Digər Xəbərlər