Reklam resmi
Reklam resmi

Rusiyaya HÜCUM: Dəmir yolu VURULDU

Rusiyaya HÜCUM: Dəmir yolu VURULDU
Dünya

Ukrayna pilotsuz uçuş aparatları iyulun 17-nə keçən gecə işğal altındakı Krımın Kerç şəhərinə və Qara dənizdəki Rusiya hədəflərinə hücum edib.

Ajans.az xəbər verir ki, bu barədə Ukraynanın "Krım küləyi" monitorinq resursu məlumat yayıb.

Məlumata görə, gecə saat 01:00 radələrində Kerç dəmir yolu stansiyası yaxınlığında güclü partlayışlar baş verib. Yerli sakinlər zərbələrdən sonra ərazidə yanğınların başladığını bildiriblər.

İlkin məlumatlara əsasən, hücum nəticəsində anbarlar, Kerç neft bazası və dəmir yolu relslərində yerləşən qatarlar alovlanıb. Təsdiqlənməmiş məlumata görə, yanğın yaxınlıqdakı "Kerçenskaya" elektrik yarımstansiyasına da yayılıb.

Ukraynanın "Eksilensova+" kanalı da Kerçə gecə hücumu barədə məlumat yayıb. Bildirilir ki, NASA-nın FIRMS peyk sistemi də Kerç dəmir yolu stansiyası yaxınlığında yanğın ocaqlarını qeydə alıb.

Bundan başqa, "Supernova" resursunun məlumatına görə, Ukrayna dronları gecə saatlarında Qara dənizdə Rusiyaya məxsus daha altı tankeri hədəfə alıb.

Ukrayna Pilotsuz Sistemlər Qüvvələri isə daha əvvəl açıqlamışdı ki, iyulun 6–16-sı tarixləri arasında Azov və Qara dənizlərdə Rusiyaya məxsus 147 pilotsuz dəniz vasitəsi məhv edilib.

Məlumata görə, gecə saatlarında Ukrayna PUA-ları həmçinin Koktebel yaxınlığındakı nasos stansiyasına və 110/35/6 kV-luq "Koktebel" elektrik yarımstansiyasına da zərbələr endirib. Hadisə nəticəsində həmin ərazidə yanğın baş verdiyi bildirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ukrayna Rusiya

Digər Xəbərlər