Bu heyvan internet ulduzuna çevrildi
ABŞ-nin Sietl şəhərində qısa onurğa sindromu ilə doğulan yenot sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Ajans.az SHOT teleqram kanalına istinadən xəbər verir ki, "Cimoti" adlandırılan yenot uzun müddət şəhər küçələrində dolaşaraq zibil qutularından qida toplamaqla adi vəhşi heyvan həyatı yaşayıb. Lakin yerli sakinlər onun qeyri-adi görünüşünü görən kimi diqqətini bu heyvana yönəldiblər.
Mütəxəssislərin bildirdiyinə görə, yenot çox nadir rast gəlinən anadangəlmə qısa onurğa sindromundan əziyyət çəkir. Bu səbəbdən onun bədən quruluşu digər yenotlardan xeyli fərqlənir.
Qısa müddətdə sosial şəbəkələrdə məşhurlaşan Cimoti internet fenomeninə çevrilib. İstifadəçilər onun rəsmlərini çəkir, memlər hazırlayır və qeyri-adi görünüşü ilə bağlı paylaşımlar edirlər.