Yamalın uşaq vaxtı Messi ilə çəkilmiş fotosu GÜNDƏM OLDU
2026-cı il Dünya Kubokunun İspaniya – Argentina finalı ərəfəsində "Barselona" klubu Lionel Messi və Lamin Yamalın illər əvvəl çəkilmiş məşhur fotosunu yenidən paylaşıb.
Ajans.az xəbər verir ki, klubunun mətbuat xidməti sosial şəbəkədə gənc Lamin Yamalın Lionel Messi tərəfindən çimizdirildiyi arxiv fotosunu "Sehrli foto" qeydi ilə yayımlayıb.
Həm Messi, həm də Yamal "Barselona"nın futbol akademiyasının yetirmələridir. Arxiv fotosu illər əvvəl çəkilsə də, Yamalın dünya futbolunun parlayan ulduzlarından birinə çevrilməsindən sonra yenidən böyük maraq qazanıb.
Xatırladaq ki, İspaniya millisi yarımfinalda Fransanı 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Komanda bundan əvvəl pley-off mərhələsində Belçikanı (2:1), Portuqaliyanı (1:0) və Avstriyanı (3:0) mübarizədən kənarlaşdırıb.
Argentina isə yarımfinalda İngiltərəni 2:1 hesabı ilə məğlub edib. Komanda pley-offun əvvəlki mərhələlərində İsveçrəni (3:1, əlavə vaxtda), Misiri (3:2) və Kabo-Verdeni (3:2) məğlub edərək finala vəsiqə qazanıb.
Magical photo by the @FundacioFCB 💙❤️
— FC Barcelona (@FCBarcelona) July 16, 2026
The story behind this photo 👉 https://t.co/Nzm1L6Ou3h
📸 Joan Monfort (Diari Sport) pic.twitter.com/ukT4XgyNph