Reklam resmi
Reklam resmi

Bu ölkədə GÜCLÜ ZƏLZƏLƏ

Bu ölkədə GÜCLÜ ZƏLZƏLƏ
Dünya

Yaponiyanın Kyuşu adasının cənubunda 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Ajans.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Kaqoşima prefekturasına daxil olan Taneqaşima adasının şərqində, dənizdə yerləşib. Yeraltı təkanların ocağı 40 kilometr dərinlikdə olub.

İlkin məlumata görə, zəlzələ nəticəsində tələfat və ya dağıntı qeydə alınmayıb. Həmçinin sunami təhlükəsi elan edilməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Yaponiya zəlzələ

Digər Xəbərlər