Tramp onu efirə verməyən telekanalların lisenziyalarını LƏĞV EDƏCƏK
ABŞ Prezidenti Donald Tramp iyulun 16-da amerikalılara televiziya ilə müraciətini yayımlamayan televiziya şəbəkələrinin yayım lisenziyalarının ləğv edilməsinə çağırıb.
Ajans.az xəbər verir ki, Tramp çıxışının canlı yayımlanmamasını sərt tənqid edərək bildirib ki, televiziya şəbəkələri müraciətin mövzusundan xəbərdar olsalar da, onu ictimaiyyətə çatdırmaq istəməyiblər.
"Onlar bunun nədən bəhs etdiyini bilirdilər. Sadəcə mövzunu bəyənmirlər. Sistemimizin nə qədər korrupsiyalaşdığını bilirlər, lakin bunun üzə çıxmasını istəmirlər. Onlar və mediadakı digər şəxslər bu sui-qəsdin bir hissəsidir", – deyə ABŞ prezidenti bildirib.
Trampın sözlərinə görə, belə davranış yayım lisenziyalarının ləğvi üçün əsas olmalıdır.
"Buna görə onların yayım lisenziyaları ləğv edilməlidir", – deyə o vurğulayıb.
ABŞ lideri həmçinin ölkədə keçirilən seçkiləri tənqid edərək bildirib ki, "bizimki kimi seçkiləri hətta üçüncü dünya ölkələri belə keçirmir".