Bu ölkədə DƏHŞƏTLİ QƏZA: 20 uşaq HƏLAK OLDU
Uqandada ekskursiyadan qayıdan məktəbliləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 20 uşaq və bir yetkin şəxs həlak olub.
Ajans.az xəbər verir ki, bu barədə ölkə polisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, paytaxt Kampaladakı King David İbtidai Məktəbinin şagirdlərini daşıyan avtobus Kapçorva rayonunda yerləşən Sipi şəlaləsinə təşkil olunan ekskursiyadan geri qayıdırmış.
İlkin məlumata əsasən, qəza yerli vaxtla axşam saatlarında Çekvati kəndi yaxınlığında baş verib. Sürücü idarəetməni itirib, avtobus yoldan çıxaraq böyük qayaya çırpılıb və aşıb.
Hadisə nəticəsində 20 uşaq və bir yetkin şəxs ölüb. Daha üç yetkin və bir neçə uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Kapçorva Rayon Xəstəxanasına və Mbale Regional Xəstəxanasına çatdırılıblar.
Polis qəzanın başvermə səbəblərini araşdırır. Sürücünün şəxsiyyəti hələlik açıqlanmayıb.