Reklam resmi
Reklam resmi

Şuşada “Sözün aşığı, sazın aşiqi” adlı musiqili-ədəbi tədbir təşkil edilib

Şuşada “Sözün aşığı, sazın aşiqi” adlı musiqili-ədəbi tədbir təşkil edilib
Cəmiyyət

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri çərçivəsində iyulun 17-də Şuşada “Sözün aşığı, sazın aşiqi” adlı musiqili-ədəbi tədbir təşkil olunub.

Ajans.az xəbər verir ki, tədbir Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin vəfatının 100-cü ildönümünə həsr edilib.

Tədbirdə çıxış edən Aşıq Ələsgərin kötücəsi Aysel Zahidqızı belə bir zəngin irsin daşıyıcısı olmağın üzərinə böyük məsuliyyət qoyduğunu bildirib. O, ustad sənətkarın irsini layiqincə təqdim etməyə çalışdığını vurğulayıb. Müəllifi olduğu “Sazın, sözün aşiqi” və “Sarı köynək” kitabları haqqında məlumat verən A.Zahidqızı uşaqlıq illərindən evlərində daim saz sədasının eşidildiyini və belə bir yaradıcı mühitdə böyüdüyünü diqqətə çatdırıb.

Aşıq Ələsgərin nəticəsi Zahid Göyçəli isə çıxışında Molla Pənah Vaqifin həyat və yaradıcılığının iki mühüm dövrünü – Qazax və Qarabağ mərhələlərini xatırladıb. O, həmçinin Aşıq Ələsgərin doğulduğu Göyçə mahalının Ağkilsə kəndinə etdiyi ziyarətlərdən bəhs edib, ulu sənətkarla bağlı fikirlərini bölüşərək bu zəngin irsin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirin bədii hissəsində aşıqların ifasında Dədə Ələsgərin yaradıcılığından qaynaqlanan və saz-söz sənətinin incilərini əks etdirən musiqi nümunələri səsləndirilib.

Mövzular:
Şuşa Sözün aşığı sazın aşiqi tədbir

Digər Xəbərlər