Reklam resmi
Reklam resmi

Tramp İranla bağlı iddialı açıqlama verdi: Böyük qələbə qazanırıq

Tramp İranla bağlı iddialı açıqlama verdi: Böyük qələbə qazanırıq
Dünya

ABŞ Prezidenti Donald Tramp ABŞ ordusunun İrana qarşı əməliyyatlarında mühüm uğurlar əldə etdiyini bildirib. "İran üzərində böyük qələbə qazanırıq. Bunun nəticələri tezliklə görünəcək"

Ajans.az xəbər veirr ki, Tramp cümə günü amerikalılara televiziya ilə müraciəti zamanı bəyan edib.

Bundan əvvəl ABŞ-ın İrana qarşı hərbi əməliyyatları yenidən başladığı bildirilmişdi. Cümə gecəsi İranın müxtəlif bölgələrinə zərbələr endirilib. Məlumata görə, Buşehr, Qeşm adasındakı hərbi obyektlər, eləcə də Hörmüz boğazı yaxınlığında yerləşən Bəndər Abbas və Bəndər Xemir limanları hədəfə alınıb.

Bundan başqa, ölkənin cənub-qərbində yerləşən Əhvaz sənaye şəhərində, həmçinin Sistan və Bəlucistan əyalətindəki İranşəhr hava limanı ətrafında da partlayışların baş verdiyi bildirilir.

Xatırladaq ki, İran ötən gecə Bəhreyndə yerləşən ABŞ hərbi bazasına raket hücumu həyata keçirib. Küveyt Silahlı Qüvvələri isə İran tərəfindən həyata keçirilən hava hücumunun qarşısının alındığını açıqlayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp

Digər Xəbərlər