Tramp İranın keçmiş lideri ilə SEPAH komandanını səhv saldı
Bu gün ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsi zamanı İranın keçmiş ali lideri Ruhullah Xomeyni ilə SEPAH-ın Qüds qanadının sabiq komandanı Qasım Süleymaninin adlarını səhv salıb.
Ajans.az xəbər verir ki, Tramp çıxışı zamanı Qasım Süleymanini nəzərdə tutaraq əvvəlcə "Mən Xomeynini öldürdüm. O, güclü general idi, ancaq olduqca pis insan idi" ifadəsini işlədib.
Bir neçə saniyə sonra isə səhvini anlayan ABŞ prezidenti sözlərinə düzəliş edərək, "Süleymani... Mən Süleymanini öldürdüm", - deyib.
Mövzular: